İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

Xəbərlər

21.10.2022 - 17:46

cedabet dərman SEO Xidməti

Məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə əlaqədar daxil olan müraciət əsasında “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 10120 kiloqram müxtəlif növ qida məhsulları, fiziki şəxs Nəsirova Zərifə İmaməli qızına məxsus 11820 kiloqram maya məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş