Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri başa çatıb

Xəbərlər

06.09.2019 - 14:42

Tədbirdə “Eternity - 2019” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib

 

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.

 

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlcə Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.

 

Tədbirdə “Eternity - 2019” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib. Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

 

Tədbirin sonunda hər üç ölkə nümayəndələri bir-birlərinə hədiyyələr təqdim ediblər.

Müəllif: Ayna.az