Lənkəran, Abşeron və Xətai rayon sakinlərinin nəzərinə

Xəbərlər

18.09.2019 - 10:52

Bir sıra ərazilərdə qaz fasilələrlə veriləcək


Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 18-də saat 09:00-dan 18:00-dək 
Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

 

AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Məlumatda o da bildirilir ki, bundan başqa, bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində, kanalizasiya kollektorunun çökməsi ilə bağlı təhlükəsiz əraziyə köçürülmüş qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədi ilə Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov, M.Davud küçələrində də qaz fasilələrlə veriləcək.

Müəllif: Ayna.az