İstanbuldakı terrorda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Dünya

14.11.2022 - 13:31

cedabet dərman SEO Xidməti

Taksim meydanında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb

İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində aralarında Azərbaycan vətəndaşları yoxdur. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan bildirilib.

“İstanbulun İstiqlal küçəsində, Taksim meydanında noyabrın 13-də baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb. Xəsarət alanların 50 nəfəri ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanalarda müalicə alan 31 yaralı var. Onlardan 8-i əcnəbi vətəndaşdır. Müvafiq qurumlar tərəfindən verilən məlumata görə, ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur”, - konsulluqdan bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş