İsrail Hizbullah komandirini hakerlərin köməyi ilə öldürüb - DETALLAR

Dünya

18.08.2024 - 17:13

cedabet dərman SEO Xidməti

Fuad Şükrdən başqa onun həyat yoldaşı, otaqda olan daha iki qadın və iki uşaq öldürülüb

İsrail kəşfiyyat xidmətləri və təşkilatın daxili kommunikasiyalarını sındıran hakerlərin yüksək texnologiyalı əməliyyatı ilə ABŞ tərəfindən terror qruplaşması kimi tanınan Livanın radikal Hizbullah qruplaşmasının komandirlərindən olan Fuad Şükrü öldürə bilib. AYNA xəbər verir ki, Bu barədə “The Wall Street Journal” təşkilatın nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, iyulun 30-da axşam saatlarında Şükr Beyrutda yaşayış binasının ikinci mərtəbəsindəki ofisində olub. Ona zəng edərək yeddinci mərtəbədəki mənzilinə gəlməyi xahiş ediblər. “Wall Street Journal”ın mənbəsi izah edib ki, Hizbullah komandirini digər binalar arasında dayanan binaya zərbə endirmək üçün beş mərtəbə yuxarıdakı mənzilə aparıblar.

Şükr mənzilə çatanda İsrail hərbçiləri onu vurublar. Hizbullah komandirindən başqa onun həyat yoldaşı, otaqda olan daha iki qadın və iki uşaq öldürülüb.

Şükr hərbi əməliyyatların planlaşdırılması və yönləndirilməsində Hizbullah lideri Həsən Nəsrullahın sağ əli və müşaviri hesab edilirdi. Şükr 1985-ci ildə təşkilata üzv olub və o vaxtdan bir sıra rəhbər vəzifələrdə çalışıb.

Hacı Möhsin kimi də tanınan Şükrü “kabus” adlandırırdılar. O, o qədər gizli bir həyat sürüb ki, onun ölümünü xəbər verən Livan mediası yanlış adamın fotoşəkillərini dərc edib. O, yalnız Hizbullah liderlərinin kiçik toplantılarında görünüb. Şükr 2024-cü ilin əvvəlində qardaşı oğlunun dəfn mərasimində cəmi bir neçə dəqiqə ictimaiyyət qarşısına çıxıb.

Şükrün qətlinə görə məsuliyyəti İsrail öz üzərinə götürüb. İsrail Müdafiə Qüvvələri hesab edir ki, o, İsrailin nəzarətində olan Qolan təpələrindəki Məcdəl Şəmsə raket zərbələri endirmək qərarı verib. Daha sonra əksəriyyəti uşaqlar olmaqla 12 nəfər ölüb, 30-dan çoxu yaralanıb. Hizbullah hücumda iştirakını inkar edib.

Şükrün ölümündən bir gün sonra, iyulun 31-də ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu kimi tanınan Fələstinin HƏMAS qruplaşmasının liderlərindən biri olan İsmayıl Həniyə Tehranda öldürülüb. İsrail Haniyənin qətlində əli olduğunu etiraf etməyib.

Şükr və Həniyənin öldürülməsindən sonra İran və Hizbullah İsraili cavab hücumları ilə hədələsələr də, indiyədək heç bir hücum cəhdi olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş