Çafi: “Təşəbbüsün faktiki həyata keçirilməsi yalnız siyasiləşmə olmadığı halda mümkündür”
Tehran cəza çəkən şəxslərin vətənlərinə qaytarılması ilə bağlı Vaşinqtonla əldə olunan razılaşmaya əsasən, ABŞ-la məhbusların mübadiləsinə hazırdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Çafi bildirib.
“ABŞ ilə məhbus mübadiləsinə hazırıq. Keçən ilin martında tərəflər bu məsələ ilə bağlı yazılı saziş imzalayıblar ki, bu da Amerika rəsmisi tərəfindən imzalanıb”, - diplomat xatırladıb.
Çafi qeyd edib ki, təşəbbüsün faktiki həyata keçirilməsi yalnız siyasiləşmə olmadığı halda mümkündür.