Hərbçilərimizin Türkiyədəki taktiki təlimi başa çatıb

Xəbərlər

21.10.2022 - 15:16

cedabet dərman SEO Xidməti

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımız İzmir şəhərindəki Foça dəniz bazasında taktiki təlimdə iştirak ediblər.  AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Foça hərbi dəniz bazasının komandiri, kontr-admiral Mustafa Biçenin rəhbərliyi ilə Egey dəniz sularında keçirilən taktiki təlimin yekununda icra olunan tapşırıqlar təhlil edilib.

Təlimin yekununda çıxış edərək iştirakçılara öz tövsiyələrini verən kontr-admiral M.Biçen zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş