Gürcüstanda 144 nəfər “Omicron”a yoluxub

Dünya

02.01.2022 - 21:53

Həkimlər Klinikalar SEO Xidməti

Qonşu ölkədə “Omicron” ştamına yoluxanların sayı kəskin artıb

Gürcüstanda koronavirusun “Omicron” ştamına yoluxanların sayı kəskin artıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yanvarın 2-nə olan məlumata əsasən, ölkədə “Omicron”a yoluxanların sayı 144-ə çatıb. Onların 51-i son sutkada yoluxub.

Qeyd edək ki, Gürcüstanda koronavirusun mutasiyaya uğramış yeni - “Omicron” ştamına ilk yoluxma halı dekabrın 20-də qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş