Ərdoğan İsmayıl Haniyəni qəbul edib

Dünya

21.04.2024 - 11:31

Türkiyə Prezidenti HƏMAS Siyasi Bürosunun rəhbəri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib. AYNA xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

“Prezident HƏMAS Siyasi Bürosunun rəhbəri ilə söhbətində bildirib ki, Türkiyə beynəlxalq ictimaiyyətin diqqətini fələstinlilərə qarşı zülmə cəlb etmək üçün diplomatik səylərini davam etdirir”, - bildirilib.

HƏMAS rəhbəri bundan əvvəl də bir neçə dəfə Türkiyəyə səfər edib və Ərdoğanla görüşüb. Aprelin 17-də parlamentdə çıxış edən Ərdoğan bir daha HƏMAS-ı terror təşkilatı hesab etmədiyini bildirib.

Aprelin 10-da Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri ilə telefon danışığı zamanı İsrailin törətdiyi cinayətlərə görə cavab verəcəyini bildirib.

Müəllif: Ayna.az