Nazir: “Azərbaycanda doktorantura təhsilinin müasirləşdirilməsinə ehtiyac var”
“Ali təhsil haqqında” qanun layihəsi kifayət qədər əhatəli və konseptual sənəddir. AYNA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda doktorantura təhsilinin müasirləşdirilməsinə ehtiyac var.
Doktorantura sahəsində ikipilləli sistemdən birpilləli sistemə keçidi təmin etmək qarşıda duran vəzifələrdən biridir.