Oktay Gülalıyev reanimasiyaya yerləşdirilib

Xəbərlər

30.10.2019 - 16:37

Xəstənin vəziyyəti haqqında tutarlı cavab 3-5 gün ərzində veriləcək

 

Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev, keçirdiyi beyin əməliyyatından sonra reanimasiyaya köçürülüb. Bu barədə AYNA-ya onun yaxınları məlumat veriblər.

 

Məlumata görə, xəstənin kritik vəziyyəti nəzərə alınaraq doğmalarının da razılığı ilə əməliyyata alınıb: “Üç saatdan çox davam edən əməliyyat uğurlu hesab olunur. Həkim nəzarətində olan Oktay Gülalıyev hazırda reanimasiyadadır, xəstənin vəziyyəti haqqında tutarlı cavab 3-5 gün ərzində veriləcək, hələlik həkimlər bu dövrü kritik zaman hesab edirlər”.

 

Məlumat üçün deyək ki, hüquq müdafiəçisinin ağır vəziyyəti nəzərə alınaraq, Səhiyyə Nazirliyi mütəxəssis neyrocərrahların əməliyyata cəlb olunmasını təmin edib.

 

Xatırladaq ki, O.Gülalıyev dünən piyada keçidindən keçərkən, “90-PZ-543” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil tərəfindən vurulub. Faktla bağlı cinayət işi açılıb.

Müəllif: Ayna.az