COVID-19 əleyhinə neçə nəfər peyvəndlənib?

Xəbərlər

18.11.2022 - 17:31

cedabet dərman SEO Xidməti

Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 349 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 105, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 140, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 36 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 917 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 665, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 987, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 668, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 558 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş