Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq
Dekabrın 2-dən Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayır. Bu barədə AYNA-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır. Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.
Bakı-Pirşağı-Bakı marşrutu üzrə elektrik qatarının tarif cədvəlini təqdim edirik:
Ayna.az
Pin up casino Pin-up casino giriş