İlham Əliyev daha bir aktrisaya ev verdi

Xəbərlər

26.06.2019 - 17:29

Dövlət başçısı Əməkdar artisti mükafatlandırıb

 

Prezident İlham Əliyev Əməkdar artist Vəfa Zeynalovaya mənzil hədiyyə edib.

 

AYNA xəbər verir ki, Əməkdar artist bu barədə öz "Facebook" səhifəsində məlumat verib.

Related image

V.Zeynalova aktrisanın səhnə fəaliyyətini yüksək qiymətləndirərək ona mənzil verdiyinə görə Prezidentə təşəkkür edib:

 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına! 

Möhtərəm Cənab Prezident.

Bu gün Azərbaycan silahlı qüvvələrin yaranmasından 101 il kecir. Bu bayram münasibəti ilə SİZ başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!

 

Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə Sizə dərin minnətdarlğımı bildirirəm.

 

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət və qayğı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza, sənətə və sənətkarlara sahib cıxmağınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

 

Allah Dövlətimizi, Xalqımızı və SİZİ qorusun!"

 

Qeyd edək ki, Prezident İlham Əliyev dünən Əməkdar artist Sənubər İsgəndərliyə də mənzil hədiyyə edib.

Müəllif: Ayna.az