Ötən gün 41 nəfər saxlanılıb

Xəbərlər

29.08.2019 - 11:20

3 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb

 

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Müəllif: Ayna.az