Tələfat və dağıntılar barədə məlumat yoxdur
Qazaxıstanın seysmoloji stansiyalar şəbəkəsi Çində 4,3 bal gücündə zəlzələ qeydə alıb. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
Zəlzələ Astana vaxtı ilə saat 16:38-də (Bakı vaxtı ilə 14:38) qeydə alınıb.
Zəlzələnin episentri Çinin Almatı şəhərindən 614 km şimal-şərqində olub.
Zəlzələnin mənbəsi 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.