Petr Pavel Ukraynaya səfəri planlaşdırılır
Çexiya Prezidenti Petr Pavel Ukraynaya səfər edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, o, ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı aprel ayında Kiyevə mümkün səfərini müzakirə edib.
Çexiya Prezidentin mətbuat katibi Marketa Rjeqakova deyib ki, telefon danışığı zamanı liderlər həm də Şexiyanın Ukraynaya yardımları müzakirə ediblər.
Qeyd edək ki, yanvarın 28-də Çexiyada keçirilən prezident seçkilərində NATO-nun hərbi komitəsinin keçmiş rəhbəri Petr Pavel qalib gəlib. Prezident seçildikdən bir gün sonra o, ilk telefon danışığını Ukrayna lideri ilə edib və Zelenskini əmin edib ki, Kiyev bundan sonra da Praqanın dəstəyinə arxayın ola bilər.
Daha əvvəl bildirilmişdi ki, Pavel Rusiya ilə danışıqları praktiki olaraq qeyri-mümkün adlandırıb. Onun fikrincə, NATO-nun Ukrayna tərəfinə hərbi yardımının miqyasını artırmaq lazımdır. O, Ukrayna Silahlı Qüvvələrinin Qərbin zirehli texnikasına və artilleriyasına ciddi ehtiyacı olduğunu vurğulayıb.