Polşa xüsusi xidmət orqanları Belarus vətəndaşını casusluq ittihamı ilə saxlayıb
Polşa Daxili Təhlükəsizlik Agentliyi Belarus vətəndaşını casusluq ittihamı ilə saxlayıb. AYNA “Onet.pl” portalına istinadən xəbər verir ki, bu barədə Mazovetski voyevodalığının prokurorluğunun nümayəndəsi bildirib.
“İstintaq zamanı prokuror müəyyən edib ki, qadın bir neçə ay ərzində Belarusun Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) Polşada yaşayan belarus diasporunun üzvləri haqqında məlumat verib”, – prokurorluqdan qeyd edilib.
Agentlik əməkdaşları axtarış aparıb, şahidlərlə dindirilib və qadın şübhəli şəxs qismində saxlanılıb.
Prokuror saxlanılan şəxsi xarici kəşfiyyat fəaliyyəti ilə məşğul olmaqda ittiham edib. Belaruslunu 10 ilə qədər həbs cəzası gözləyir. Məhkəmə qadın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.