İranda hərbi parada hücum edənlər edam olunacaq

Dünya

20.09.2019 - 18:33

Hərbi parada olan hücumun məsuliyyətini İŞİD öz üzərinə götürsə də, təhlükəsizlik qüvvələri, polis və inqilab keşikçiləri Əhvazın müxtəlif yerlərinə basqınlar etməkdə davam edirlər

 

Keçən ilin sentyabr ayında İranın Əhvaz şəhərində hərbi parada təşkil olunmuş hücumda ittiham olunan məhbusların edam olunmağına qərar verilib.

 

AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) komandiri Məhəmməd Əli Cəfəri açıqlama verib.

 

Təşkilat İran silahlı qüvvələrinin 22 sentyabr 2018-ci ildə Əhvazdakı hadisədən sonra təhükəsizlik xidmətləri tərəfindən özbaşına həbs olunub, ağır və sərt şəraitdə cəza çəkən 800 təşkilat üzvünün işgəncələrə məruz qaldığını bildirib.  

 

Əhvaz insan haqları təşkilatından vurğulanıb ki, hərbi parada olan hücumun məsuliyyətini İŞİD öz üzərinə götürsə də, təhlükəsizlik qüvvələri, polis və inqilab keşikçiləri Əhvazın müxtəlif yerlərinə basqınlar etməkdə davam edirlər.

 

“Əhvazdakı bütün müttəhimlərin və məhbusların, ədalətli və şəffaf şəkildə mühakimə olunmasını tələb edirik. Həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq İnsan Haqları Təşkilatlarını, İran hakimiyyətinə təzyiq göstərməyə çağırırıq. Çünki məhbuslar öz qohumları ilə görüşə bilmir və beynəlxalq konvensiyalarda göstərilən standartlara uyğun mühakimə olunmurlar”, - deyə təşkilatdan bildiriblər.

Müəllif: Ayna.az