Volfoviç: “Belarus xalqı və ölkə artıq səfərbərdir”
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkədə səfərbərliyi istisna edib.
AYNA TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Belarusda səfərbərliyin tətbiqindən söhbət gedə bilməz.
“Səfərbərlik elan etmək bizə lazım deyil. Belarus xalqı və ölkə artıq səfərbərdir”, - Volfoviç söyləyib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində qismən səfərbərlik elan edildiyini açıqlayıb.