Baltik dənizində İsveçə məxsus sualtı kabel qırılıb

Dünya

21.02.2025 - 16:32

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir hadisənin araşdırılacağını bəyan edib

İsveçin Baş naziri Ulf Kristersson ölkənin daha bir sualtı kabelinin qırıldığını və bunun araşdıracağını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Baş nazir “X” sosial şəbəkə səhifəsində yazıb.

“Biz Baltik dənizində infrastruktura mümkün zərərlə bağlı bütün hadisələri çox ciddi qəbul edirik. Daha əvvəl dediyim kimi, onlara ciddi təhlükəsizlik vəziyyəti fonunda baxmaq lazımdır”, Baş nazir qeyd edib.

Fevralın 3-də İsveç prokurorları Latviya ilə İsveç arasında sualtı kabeli qırmaqda şübhəli bilinərək saxlanılan Rusiyaya məxsus "Gümüş dəniz" gəmisini sərbəst buraxıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş