Bakıda gənc qız intihar edib

Hadisə

18.01.2024 - 17:27

Qız özünü binanın 16-cı mərtəbəsindən atıb

Bakıda 17 yaşlı qız intihar edib. AYNA xəbər verir ki, bu faktı  Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiqləyiblər.

Bildirilib ki, Bakı şəhər sakini L.Seyfullayeva özünü "Qara Qarayev" metrosu yaxınlığındakı binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az