Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin icrasına başlanılıb

Dünya

04.01.2022 - 22:13

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: "Biz gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil veririk"

Yanvarın 3-dən Türkmənistan, İran və Azərbaycan qaz mübadiləsi çərçivəsində gündəlik 4.5 milyon kubmetr qaz almağa başlamışıq. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu İranın neft naziri Cavad Oci deyib.

O bildirib ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb. "Biz gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil veririk” – deyə, nazir bildirib.

Nazir əlavə edib ki, mübadilə olunan qazın həcmi İranın şimal-şərqində istifadə üçün qaz şəbəkəsində təzyiqi və dayanıqlılığı gücləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş