Avropa Komissiyası Rusiyaya pilotsuz vasitələrin ixracını qadağan edib

Dünya

08.12.2022 - 01:45

Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı qadağan edilir.

AYNA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

Diplomat bildirib ki, bu qadağa Rusiyaya qarşı 9-cu sanksiyalar paketində yer alır. Qadağa siyahısına Rusiyanın hərbi sənaye kompleksinin ehtiyacı olan elektronika avadanlığı da daxil edilib.

Avropa liderləri yeni sanksiyalar paketini gələn həftə Brüsseldə müzakirə edəcək.

Müəllif: Ayna.az