Almaniyada nəqliyyat işçiləri tətillərə başladılar: nəqliyyatın hərəkəti dayanıb

Dünya

27.03.2023 - 16:08

Münhen və Frankfurtda böyük hava limanları tətil səbəbiylə bağlanıb

Almaniyada tətillər hava və dəmir yolu nəqliyyatında ciddi problemlərə səbəb olub. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentliyin məlumatına görə, Frankfurt və Münhendə iri beynəlxalq hava limanlarının fəaliyyəti dayanıb, əsas dəmir yolu operatoru “Deutsche Bahn” isə şəhərətrafı və uzaq məsafələrə qatarların hərəkətini dayandırıb.

Bildirilir ki, 1992-ci ildən bəri ən böyük nəqliyyat tətili müxtəlif tarif siyasətinin nəticəsidir. Həmkarlar İttifaqı dövlət qulluqçularının maaşlarının 10,5 faiz artırılmasını tələb edir.

Müəllif: Ayna.az