Aİ Rusiyanın Ukraynaya raket hücumlarını qınayıb

Dünya

16.01.2023 - 17:39

cedabet dərman SEO Xidməti

Aİ: “Biz günahkarı məsuliyyətə cəlb etmək istiqamətində əzmimizi gücləndirəcəyik”

Avropa İttifaqı Rusiyanın Ukraynadakı mülki hədəflərə davam edən mənfur zərbələrini qəti şəkildə pisləyir.

AYNA xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Aİ-nin Ukraynaya dəstəyi davam edəcək: “Biz günahkarı məsuliyyətə cəlb etmək istiqamətində əzmimizi gücləndirəcəyik”.

Xatırladaq ki, Rusiya ordusu dünəndən etibarən Ukraynanın Dnepr şəhərinin rayonlarına intensiv raket zərbələri endirir. Hücumlar nəticəsində 40 nəfər həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş