Ağ Ev: "Prezident dedi ki, İranla razılaşma iki yolla mümkündür”

Dünya

23.05.2025 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

“İranla nüvə barədə danışıqlar düzgün istiqamətdə gedir”

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranla nüvə proqramı ilə bağlı danışıqlar düzgün istiqamətdə gedir. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Livitt qeyd edib ki, Tramp bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb və onlar Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının öldürülməsini müzakirə ediblər.

"Lakin onlar düzgün istiqamətdə irəliləyən İranla potensial sövdələşmədən də danışıblar", - Livitt qeyd edib.

"Prezident dedi ki, İran razılaşması iki yolla mümkündür: bu ya çox müsbət diplomatik həlllə başa çata bilər, ya da İran üçün son dərəcə mənfi vəziyyətə gətirib çıxara bilər”, Ağ Evin mətbuat katibi əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş