ABŞ-dan Ukraynaya 80 ton silah-sursat gətirilib

Dünya

15.11.2021 - 09:34

Həkimlər Klinikalar SEO Xidməti

Səfirlik: “Sabit, demokratik və azad Ukrayna uğuruna sadiqlik”

Dünən Ukraynaya ABŞ-dan 80 ton silah-sursat partiyası gəlib. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Diplomatik missiyanın məlumatında qeyd edilib ki, döyüş sursatı tədarükü ABŞ Prezidenti Co Baydenin ayırdığı 60 milyon dollar məbləğindəki əlavə hərbi yardım çərçivəsində artıq dördüncü partiyadır.

“Sabit, demokratik və azad Ukrayna uğuruna sadiqlik”, - deyə səfirliyin paylaşımında qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət katibi Antoni Blinken Ağ Evin Ukraynaya hərbi yardımın davam etdirilməsini təmin etmək üçün ABŞ Konqresi ilə birlikdə çalışacağını bildirmişdi. Dövlət katibinin sözlərinə görə, ABŞ Ukraynanı lazım olan hərbi sistemlər və müdafiə silahları ilə təmin edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş