Muəllif: Hüseynbala Səlimov

BİZİ 37-də TUTDULAR…

“Azərbaycan televiziyalarına baxmıram” deyənlərə əməlli-başlı qibtə edirəm. Amma özümlə bacarmıram. Özü də bu, təkcə adi bir jurnalist marağından, ölkədə baş verən hadisələrin kursunda olmaq istəyindən irəli gəlmir, hərçənd ki, cəmi siyasi yazarlar kimi mən də ən azı rəsmi xronikanı bilməliyəm. Fəqət, məni telekanallarımıza baxmağa vadar edən əsas səbəb odur ki, mən də Azərbaycanda yaşayıram, azərbaycanlıyam və buradan başqa yerə köçmək fikrim də yoxdur, ona görə də Azərbaycanla bağlı hər şey mənə maraqlıdır.

Tam mətn