Muəllif: Pərviz Cəbrayıl

Anama arvad alıram…

Tanış olmayan bir nömrədən zəng gəldi. Hardasa 18 il məni unutmuş bir uzaq qohumummuş. Ənənəvi xoş-beş-on beş. Ev-eşik, həyət-baca, toyuq-cücənin vəziyyətini xəbər alandan sonra keçdi mətləbə. 20 ildən bəri İsveçrədə yaşayır. İndi 44 yaşı var. Hə, mənə niyə zəng vurub? Çünki mən savadlı, dünyagörmüş, səviyyəli adammışam. Savadım nəyə yarayırmış? Yazıçılığamı? Xeyr! O qardaşa qız tapmağa! Bəli-bəli, qız tapmağa. Adam nəhayət evlənmək fikrinə düşüb, bu işdə də ona yardım edəcək ən məqsədəuyğun adam mənmişəm.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

BELƏ XALQI “SEVMƏMƏK” OLARMI?..

Hərə bu xalqı bir şeyə, bir cəhətinə görə sevir. Kimi səxavətli, mərhəmətli və qonaqpərvər olduğuna görə, kimi başıaşağı, itaətkar, dözümlü bir toplum olduğu üçün, kimi də hələ də xalqlıqdan çıxıb millət kimi formalaşa və özünü ayıq-sayıq, savadlı və tələbkar bir cəmiyyət kimi təsdiqləyə bilmədiyinə görə. Onu ən çox sevənlər isə “Biz bu xalqın xidmətçiləriyik” deyib bütün xalqı özlərinin nökərlərinə və xidmətçilərinə çevirən məmurlarımızdır.

Tam mətn