Muəllif: Kamran Mahmudov

Bayram təbriki

Milli mətbuat gününə az qalıb. Yenə sosial şəbəkələri xonçalar, tortlar, hədiyyələr bəzəyib. Adamın lap ürəyi açılır. Az qala sevinəsən ki, bu ölkədə jurnalistlərə necə yaxşı qiymət verilirmiş. Hökumət, nazirliklər, idarələr, təşkilatlar, hətta holdinqlər, şirkətlər jurnalistlərə, mediaya, mətbuata necə gözəl diqqət və qayğı göstərirlərmiş. İndi hansısa ağıllı çıxıb yazacaq ki, əgər hökumət jurnalistlərə qiymət verməsəydi, onlar üçün ev paylamazdı. Əgər hökumət medianın qayğısına qalmasaydı, onlara hər il 1 -2 milyon pul ayırmazdı. Düz deyirlər. Nə deyim. Edirlər vallah.

Tam mətn
Muəllif: Administrator

Media Klub

Mətbuatımızın vəziyyəti və Media Klubun yaranması zəruriyyətindən Qulu Məhərrəmli, Arif Ərif Əliyev və Elçin Şıxlı danışırlar

Tam mətn
Muəllif: Kamran Mahmudov

Mətbuat və azadlıq

Beynəlxalq Mətbuat Azadlığı günü. Sözə fikir verin ha. Beynəlxalq Mətbuat Azadlığı günü. Necə gözəl səslənir. Necə gurultulu səslənir. Adamın ürəyinə lap yağ kimi yayılır. Mətbuat- bizim sevimli işimiz. Cəmiyyətin aynası. Azadlıq — hamının olmaq istədiyi tövr və mətbuatın olmalı olduğu durumlardan biri. Yəni zatən mətbuat varsa azad olmalıdır. Azad deyilsə demək ki yoxdur. BMT də iş tapmayıb. Götürüb belə bir gün təsis edib. Yəni mətbuata azadlıq günü keçirir. Dedim axı, mətbuat varsa, azad olmalıdır.

Tam mətn
Muəllif: Seymur Kazımov

Mətbuat azadlığı günündə Azərbaycan mətbuatının günü

3 May Ümumdünya Mətbuat Azadlığı günüdür. 13 ildir ki, Azərbaycan jurnalistləri bu bayramı fərqli atmosferdə qeyd edir. Bir qrup hər il toplaşaraq mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edir, sonra medianın problemlərindən danışaraq təkliflər hazırlayır və hökumətə təqdim edir ki, medianı “ağ günə” çıxarsın. İkinci qrup bu günü şad, təmtəraqlı şəkildə qeyd edir, birinci qrupun etirazlarını qəbul etmir və iddia edir ki, mediamız elə “ağ günün” içərisindədir. Hər il Elmar Hüseynovun məzarını ziyarət edənlərin sayı da azalır.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

MDB-də mətbuat azadlığı Avropanın nəyinə lazımdır?

Bu həftənin üç gününü yaşıl xiyabanlarına və küçələrinin genişliyinə görə dünyanın ən maraqlı şəhərlərindən sayılan Kiyevdə oldum. Azərbaycan mətbuatının patriarxları — Arif Əliyev və Elçin Şıxlı ilə birlikdə Ukrayna paytaxtında media azadlığı problemlərinin müzakirə edildiyi toplantıya qatılmışdıq. Avropa Komissiyasının himayəsi ilə keçirilən toplantı günümüz üçün aktual olan bu problemin…

Tam mətn
Muəllif: Redaksiya

MŞ «nəqliyyat qoçuları» ilə bağlı DİN-ə müraciət edib

Mətbuat Şurası «Azadlıq» qəzetinin əməkdaşları Seymur Həzi və Xaliq Qarayevlə bağlı insidentlə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.Bildirilir ki, «Azadlıq» qəzetindən MŞ-yə daxil olan məlumatda Seymur Həzinin və Xaliq Qarayevin aprelin 27-də peşə vəzifələrini yerinə yetirərkən təzyiqə məruz qaldıqları əksini tapıb. Jurnalistlərin göstərilən tarixdə metronun «20 Yanvar» st-sı…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Media mənsublarımız prezidentlə həyətdə şəkil çəkdirdilər

Mətbuat mənsublarımızın Quzey Kiprdə önəmli görüşləri olub. Bu görüşlər Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ardıcıl olaraq jurnalistlərin beynəlxalq təcrübəni öyrənməsi sahəsində layihəsi çərçivəsində baş tutmuşdur. Quzey Kipr Türk Cümhuriyyətinə gedən media heyətinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televizya ve Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının…

Tam mətn