Muəllif: Hüseynbala Səlimov

SÖZÜN İNFLYASİYASI…

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz   Özündən üstündən irəli keçməyin iki yolu var. Biri daha çox çalışmaqdır, digəri isə səndən irəlidəkiləri bir-bir “zərərsizləşdirmək” və bu yolla özünü öncül kimi təsdiq etməkdir. Bilirsinizmi, bunları niyə deyirəm? Hakim partiyanın təbliğat sistemi məni daim düşündürübdür və aydın məsələdir ki, təbliğat prosesinin də yükünün ən böyük hissəsi KİV-lərin üzərinə düşür.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Seçki təbliğatı və ya sığal axtaran başlar…

Aprelin 11-də növbədənkənar prezident seçkiləridir. Rəsmən təbliğat-təşviqat başlamayıb. Buna baxmayaraq artıq bir çoxları qollarını çirmələyib, əməlli-başlı işə girişiblər. Ard-arda bəyanatlar verilir. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, bütün jurnalistlər İlham Əliyevə dəstək verəcəklər. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirir ki, bütün qarabağlılar prezidenti dəstəkləyəcək. Deputat Hadı Rəcəbli deyir ki, bütün əlillər İlham Əliyevə səs verəcək. Ağsaqqallar Şurası, Azərbaycan alimləri, ziyalıları, aktyorları, aktrisaları, yazıçıları sanki eyni bəyanatla sıraya düzülüblər.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Hüquq müdafiəçisi etiraz aksiyalarında saxlanılan şəxslərlə görüşüb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov köməkçisi Elçin Şirinovla birlikdə DİN tabeliyində olan İnzibati Qaydada Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib. Bu barədə APA-ya E. Behbudov özü məlumat verib. Behbudov bildirib ki, orada 26 yanvar tarixində Bakıda bir qrup gəncin keçirdiyi etiraz aksiyası zamanı saxlanılan 5 nəfərlə görüşüb:…

Tam mətn
Muəllif: Sədrəddin İsmayılov

Təbriz divarlarında azadlıq şüarları

Güney Azərbaycan türk gəncliyi sırasından həbsə atılmış fəallar barədə yeni xəbərlər var. Məsələn, tələbə Əfsanə Toqirin Apelyasiya Məhkəməsinə şikayəti nəticə verməyib. Şərqi Azərbaycan Əyalət Apelyasiya Məhkəməsinin 6-cı şöbəsi məhkəmənin çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb. Təbriz Universitetinin tələbəsi, universitetin «Azərbaycanşünaslıq Ocağı»nın mərkəzi şurasının üzvü xanım Əfsanə Toqir ötən il…

Tam mətn