Muəllif: Seymur Kazımov

Təsəvvürümüzdəki ziyalılar…

Martın 1-də dövlət başçısının bir qrup mədəniyyət xadimi ilə görüş keçirildi. Görüş və görüşdəkilər barədə uzun yazmağa gərək yoxdur. Heç, səslənən fikir və təkliflərə də toxunmağa gərək yoxdur. Amma cəmiyyətdə xəyal qırıqlığı yaratdığı dəqiqdir. Bu görüş Sovet Azərbaycanının və bir qədər də müasir Azərbaycan mədəniyyətinin siması idi. Yəni, köhnə və cavan nəsil nümayəndələri eyni görüşdə iştirak edirdi.  Aydındır ki, mədəniyyət xadimlərindən atom parçalanması, Kvant fizikası ilə bağlı təkliflər səslənməyəcəkdi.

Tam mətn
Muəllif: Aytən Məmmədova

1000 manatlıq qatillər

Reyhan Məmmədovanın rəngbərəng dünyasını bir məsuliyyətiz sürücü darmadağın etdi. Keçən ilin yayında 22 yaşlı qız avtomobil zərbəsindən yerindəcə keçinmişdi. Təsəvvür eləyin, sürücü Zığ şossesində onu elə piyada keçidinin üzərində vurmuşdu. Reyhanın anası yana-yana eyni sözləri təkrar edirdi: “Axı mənim qızım yolu düz keçmək istəmişdi…” Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olmuş Reyhan Məmmədovadan danışıram. Onun həyatına son qoyan isə 55 yaşlı Əlifağa Məmmədov idi. Məhkəmədə danışanda çox peşman olduğunu dedi.

Tam mətn
Muəllif: Arif Əliyev

Mədəniyyətimiz gödəldiyi üçün «mədəniyət» sözü qısaldılsın!!!

Məncə, Dilçilik İnstitutu təklif etdiyi islahatı belə izah etsəydi, mübahisə yaranmazdı “Dünyanın heç bir yerində görünməyib”… “İkinci belə millət tapmazsınız”… “Analoqu yoxdur” kimi ifadələrin əleyhdarıyam. İstər xeyrimizə, istər ziyanımıza. Bu keçəl dünyada görünməmiş, tapılmayan, analoqsuq heç nə qalmayıb. Amma indi, ən azı, sual şəklində təkrarlamağa məcburam:«görəsən, kainatın hansısa bizə məlum olan, ya olmayan nöqtəsində bir əsrdə dörd dəfə əlifbasını dəyişmiş başqa bir xalq yaşayırmı? «Dörd dəfə» deyəndə, mən yerli-dibli qrafika dəyişikliyini nəzərdə tuturam, aradakı modifikasiyaları saymıram.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Filarmoniya bağında gerçək bir kitab bayramı idi

Doğrudan da bu gün paytaxtın Filarmoniya bağında gerçək bir kitab bayramı idi. Kitab köşklərinin qarşısında basabas vardı, kassalar bir əldən çek vurur, rəflərə düzülmüş kitablar vərəqlənir, hər tərəfdə əli və qoltuğu kitablı adamlar dolaşır, skamyalarda, bağın kölgəli yaşıllıqlarında ağaclara dirsəklənib kitab oxuyan gənc qızlar və oğlanlar öz dünyalarında idilər. Ən…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

“Əsəd bəyin əzabları” filmi premyeraya hazırlaşır

“Əsəd bəyin əzabları” filmi artıq hazırdır və premyerası Berlinin Babylon kinoteatrında keçiriləcək. Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi bu barədə danışarkən bildirib ki, Um Velt Film Berlin studiyasının çəkdiyi bu filmin rejissoru Ralf Marschallekdir. Avropada yaşamış bu böyük soydaşımız haqqında İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Şou-bizneslə Vergilər Nazirliyi maraqlansın

“Mədəniyyət haqqında” qanunda əvvəlcədən qəbulu gözlənilən bəzi məsələlər əksini tapmadı və ya tam əks olunmadı. Onlardan biri də şou-bizneslə bağlı məsələdir. Qanunun qəbulundan öncə şou-bizneslə bağlı məsələlərin də bu sənəddə geniş əks…

Tam mətn
Muəllif: Redaksiya

Çoxuşaqlı ailəyə təhsildə güzəşt

Çoxuşaqlı ailəyə yaşayış sahəsi pulsuz verilə və həmin ailəyə xüsusi müavinət ayrıla bilər. Bu, yeni hazırlanan «Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında» qanun layihəsində nəzərdə tutulur. Layihə parlamentə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olub. Belə bir qanunun hazırlanmasına səbəb son 10 ildə çoxuşaqlı ailələrin sayının sürətlə azalması…

Tam mətn