Hüseynbala Səlimov

DÜNYADA TƏRİFDƏN TƏHLÜKƏLİ NƏSƏ VARMI?..

Desəm ki, tərifi Şərqdə həmişə seviblər, etiraz edəcəksiniz ki, onu harada sevmirlər ki? Düzdür. Coğrafiyalarımız fərqli olsa da, hamımız insanıq, eyni materialdan — ətdən və qandan yaranmışıq.

Tam mətn

MƏNİM SƏHRAM, MƏNİM QUMSALLIĞIM…

“Vaxtında getsəydin ikicə günə sığınacaq alardın. Heç indi də gec deyil”- Bakının ən qızmar günlərindən birində kölgəlikdən kənar yerdə rastıma çıxan “keçmişdən təşrif buyuran tanışım” (əski siyasi “əqidədaş”larımı belə adlandırıram) hal-əhval belə tutmadan, heç soruşmadan ki, axı necə yaşayırsan, nədən razı, nədən narazısan, bu sözləri az qala üzümə çırpdı, sanki AXC-nin  25 il bundan əvvəlki bəyanatlarından birini oxuyurdu. Bu adamların qəribə xisləti var: ən sevimli ifadələri “Mən demişdim axı…” sözləridir.

Tam mətn

ULU MİLLƏTİMİZ NİYƏ DÜNYANIN ƏN VARLISIDIR?..

Yəni o mənada yoxdur ki, millətimiz bütün bunları hasil edir, yetişdirir, toplayır və axırda da qəpiyinə belə toxunmadan iri və xırda məmurlarımıza təhvil verir ki, bəs aparın Avropa banklarındakı hesablarınıza yerləşdirin. Sonra da yollanırlar xəstəxanaya zəhərlənmiş ciyərlərini, nə bilim, daha nələrini və haralarını müalicə etmək üçün.

Tam mətn

GECƏLƏR NƏ QƏDƏR QARANLIQ OLURSA…

Günəşli zülmətlərin ayrı məşəqqəti var. Baxırsan, ilk baxışda hər yan işıqdır, Gün adamı təndir kimi yandırır, qaçmağa, başını soxmağa yer axtarırsan, amma eyni zamanda bütün bunlar bir boğucu zülmət təsiri də bağışlayır sənə. Bəlkə də ən elementar fizika qanunları ilə bir ziddiyyət təşkil edəcək bu, amma hər isti olan hələ İŞIQLI demək deyil.

Tam mətn

AVROPA BİZƏ NƏ VAXTDAN MİNNƏTÇİ DÜŞÜB?..

Hər hansı məsələnin əvvəlcə gərək pozitiv tərəflərindən yazasan ki, onun neqativlərini də gündəmə gətirməyə bir mənəvi haqqın olsun. Bu baxımdan yanaşanda TANAP layihəsi də istisna deyil, amma nə yaxşı ki, digər böyük layihələr kimi onun da pozitivlərindən çox yazmışıq və burada əlavə edək ki, layihənin açılışı təkcə dövlətlərə deyil, hətta onun liderlərinə, xüsusən də parlament və prezident seçkiləri ərəfəsində olan R.T.Ərdoğana heç şübhəsiz ki, müəyyən siyasi dividendlər gətirəcək.

Tam mətn

ƏRDOĞAN HAKİMİYYƏTDƏ QALACAQMI?..

Əlbəttə ki, ölkədəki siyasi vəziyyət növbədənkənar seçkilər üçün əlverirşli olmasaydı və Ərdoğan da özünün və partiyasının şanslarını yüksək dəyərləndirməsəydi, seçkilərə getməzdi, çünki növbədənkənar seçki təklifi başqa bir siyasi cinahdan deyil, məhz onun öz müttəfiqindən gəldi ki, bunu da hamı irəlicədən razılaşdırılmış bir qərar kimi qəbul etdi.

Tam mətn

QAFQAZDA DAHA BİR İNQİLAB MÜMKÜNMÜ?..

Bizim konspirologiya həvəskarları üçün adətən fantaziya sarıdan problem olmur. Hansısa ölkədə bir hadisə baş verən kimi bunun arxasında gizli sövdələşmə və ya planlar görür və dərhal da bu zəmində ssenarilərini qururlar. Ermənistandakı son proseslərin ardınca bu yaxınlarda Gürcüstanda da həyəcanlanmaların başlanması bu adamların təxəyyülünü bir az da qanadlandırdı. “Hamısı bir mərkəzdən idarə olunur”,- deyib məsələyə möhürlərini vurdular. Biz konspiroloq deyilik, o səbəbdən bu dəfə də tələsmədik.

Tam mətn