Muəllif:

Bolqarıstan “Nabukko”nun rəqibi sayılan “Cənub axını”nı borularını söküb

Bolqarıstan öz ərazisində “Cənub axını” neft kəməri borusunu söküb. Bu barədə ölkənin “Bivol” nəşri məlumat verib.

Bu, “Cənub axını” layihəsinin həyata keçirilməməsi ilə bağlı Avropa Parlamentinin qərarından sonra baş verib”, — nəşr qeyd edir.

Birinci qaynaq tikişi Bolqarıstan ərazisindən keçəcək Rusiyanın boru kəmərinin tikintisinə başlamağın rəmzi kimi 2013-cü ilin oktyabrında Rusiyanın «Qazprom» şirkətinin nümayəndələrinin iştirakı ilə edilmişdi.

Aprelin 17-də Avropa Parlamenti «Cənub axını» layihəsinin reallaşdırılmasının dayandırılmasını nəzərdə tutan qətnaməyə baxmağa hazırlaşır. Onu Avropa Xalqları Partiyasının, Avropa sosialistləri, liberallar, yaşıllar və mühafizəkarların nümayəndələri hazırlayıblar.

“Cənub axını” (South Stream) – Rusiya- İtaliya-Fransa-Almaniya qaz kəməri layihəsidir. Qara dənizin dibilə Anapa rayonundan Bolqarıstanın Varna limanına qədər çəkilməliydi. Sonra onun iki qolu Balkan yarımadasından İtaliya və Avstriyaya keçəcəkdi. Qaz kəmərinin inşasına 2012-ci il dekabrın 7-də başlanılıb və plan üzrə 2015-ci ildə başa çatmalı idi.

“Cənub axını”nın planlaşdırılan gücü ildə 63 mlrd. kubmetrdir. Layihənin dəyəri 16 mlrd. avro təşkil edir.

“Cənub axını” Rusiya təbii qazının Avropaya nəqlinin diversifikasiyası və tədarükçülərin və alıcıların tranzit ölkələrdən, əsasən Ukrayna və Türkiyədən  asılılığını azaltmaq üçün yaradılmışdı. “Cənub axını” planlaşdırılan “Nabukko” qaz kəməri layihəsinə rəqib sayılırdı (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 328