Muəllif:

Şeyxül-islam: Düzünü de, latın əlifbasında oxuya bilirsən?

Şeyxül-islam Paşazadə mollaların latın qrafikasında oxuya bildiyinə əmin deyilmiş və bu mövzuda Qafqaz Müsəlmanları İdarəsində (QMİ) axund və imamlar üçün xütbə nümunələrinin təqdimatı zamanı onunla mollalar arasında maraqlı dialoq baş verib.
Yeni nəşr olunan xütbə örnəklərini mollalara təqdim edərkən onlardan latın əlifbasında oxuya bilib-bilmədiklərini soruşub. Bu sual mərasimdə olan əksər mollalar üçün gözlənilməz olub. Mollaların sualı birmənalı cavablandırmadığını görən QMİ sədri onlara xütbə örnəklərinin latın qrafikasında çap olunduğunu xatırladıb: “Bu kitab latın əlifbasındadır. Siz dəqiq bu əlifbada bilirsiniz? Amma düzünü deyin”. Bəzi mollalar bu sualı “İnşallah, bilərik” şəklində cavablandırıblar (APA).

Şeyxül-islam bəzi axund və imamlara xəbərdarlıq edərək deyib: “Bu gün elə məscid var ki, cümə günü ora 15 nəfər gedir, eləsi də var ki, 1500 nəfər gedir”. nun fikrincə, bəzi məscidlərdə axund və imamlar öz işlərini görə bilmədikləri, moizələri zəif olduğu üçün ora heç kim gəlmir: “Bu imam və axundlara xatırlatmaq istəyirəm ki, onların işi xalqa xidmət etmək, moizələrini mükəmməl təşkil etməkdir.”.

Qafqaz Müsəlmanları İdarəsində elə bu məqsədlə Dini Araşdırmalar Mərkəzi tərəfindən çap olunan “Axund və imamlar üçün xütbə nümunələri” adlı kitabın təqdimatı keçirilib.
Qurani-Kərimdən ayələr oxunması ilə başlayan mərasimdə çıxış edən QMİ sədri Allahşükür Paşazadə deyib ki, kitabdakı moizə və xütbələr din xadimindən bütün daxili potensialını səfərbər etməsini, məsələyə yaradıcı yanaşmasını tələb edir.

Paşazadə qeyd edib ki, bu kitab moizə və xütbələrin oxunması üçün ilk vasitədir: “Yeni moizə və xütbələr daxil olduqca, kitabın yeni cildləri çap olunacaq. Bu baxımdan axundlara və icma rəhbərlərinə çağırış edirəm ki, moizə və xütbələri QMİ-yə göndərsinlər”. QMİ sədri deyib ki, bu kitabın hazırlanmasında sünni və şiə mənbələrindən istifadə olunub. Kitabdakı moizələr tövsiyə xarakterlidir.

Təqdimatda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bunun əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırıb: “Ərsəyə gətirilən bu vəsaitin tətbiq olunması, bunu üzərindən xütbələrin təşkil olunmasında QMİ ilə Komitə birgə fəaliyyət göstərəcək”. Onun sözlərinə görə, belə bir vəsaitin hazırlanması icmaların çoxsaylı tələblərinə cavab olduğu üçün vəsait Komitədə qısa müddətdə ekspertizadan keçirilib: “Sevindirici haldır ki, bu vəsaitdə dövlətçilik və vətənpərvərlik istiqamətində olan mövzulara geniş yer ayrılıb, dindar camiəmizin məhz bu istiqamətdə yetişdirilməsinə, cəmiyyətin və dövlətin layiqli vətəndaşı olmasına yönəlib”.

Bu dəyərli kitabın rəyçisi akademik Vasim Məmmədəliyevdir. 615 səhifədən ibarət kitabda müasir dövrün din xadimlərinin dini və dünyəvi biliklərə yiyələnməsi, insanlara Vətən sevgisinin daha yüksək səviyyədə aşılanması üçün moizə və xütbələr yer alıb. Kitabda 2013-cü il üçün xütbə mövzularının təqvimi şiə və sünni məzhəblərinə uyğun olaraq həftələrə və tarixi günlərə görə bölünüb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186