Muəllif:

Saxta əskinas bazarı: satan da var, alan da

Bəlli olur ki, ölkədə saxta əskinas bazarı formalaşıb: bu bazarın şüurlu alverçiləri var, burada kimsəə bu «malı» satır, kimsə onun mahiyyətini bilə-bilə bu mala pul verir. Özü də təmiz pul verib alır. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxta pulların dövriyyəsinə qarşı keçirdiyi xüsusi əməliyyat belə deməyə əsas verir.
Bu əməliyyat nəticəsində külli miqdarda saxta pulların dövriyyəyə daxil edilməsinin qarşısı alınıb.

Göyçay şəhərində doğulmuş 54 yaşlı Elbrus Əliyevin saxta manat satması barədə Baş İdarənin Banditizm və Digər Təhlükəli Cinayətlərlə Mübarizə Şöbəsinə məlumat daxil olub. Elbrus Əliyev 23 min manat dəyərində saxta əskinasları 7 min ABŞ dollarına satarkən cinayət başında həbs edilib.

Elbrus Əliyev ifadəsində bildirib ki, saxta pulları «yenicə tanış olduğu bir nəfərdən» alıb və müştəri axtarmağa başlayıb. Elbrus Əliyev bir neçə gün əvvəl 2 min manat dəyərində saxta 100 manatlıq əskinasları 700 manata satıb. Bu «biznes əməliyyatı» isə deyəsən artıq onun peşəkarlığından xəbər verir

Cinayətkar əməllərini davam etdirən Elbrus Əliyev tanışından əlavə olaraq 23 min manat dəyərində — 230 ədəd saxta 100 manatlıq saxta əskinas alaraq satmağı planlaşdırıb. Müştəri tapdıqdan sonra saxta manatları 7 min Amerika dollarına satmağı razılaşıb.

Faktla bağlı cinayət məcəlləsinin saxta pul əldə etmə və satma maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq pulların mənbəyini araşdırır.

DİN respublika vətəndaşlarına müraciət edərək onların diqqətinə çatdırır ki, alış-veriş edərkən diqqətli olsunlar və saxta pul nümunələri ilə rastlaşdıqda polis orqanlarına məlumat versinlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 190