Muəllif:

Həftəlik məcburi dərs yükü dəyişdirildi

Orta məktəblərin 6-11-ci sinif şagirdləri üçün həftəlik məcburi dərs yükündə bəzi dəyişikliklər olacaq. «Trend»in məlumatına görə, məcburi dərs yüklərində olan dəyişiklik orta təhsil sistemində kurikulumun tətbiqi və bununla əlaqədar proqram materiallarının yenilənməsi ilə əlaqədardır. Kurikulum tətbiq edildikcə siniflər üçün də yeni məcburi dərs yükləri olacaq.
İndiyədək V siniflərdə Azərbaycan bölməsi üçün məcburi dərs yükünün miqdarı 27 saat, dərsdənkənar məşğələlərin həcmi 4 saat olub. Bu tədris ilindən isə həmin siniflər üzrə kurikulumun tətbiqi ilə əlaqədar həmin saatlar, müvafiq olaraq, 25 və 3 olub. Hazırda VI siniflər üçün müəyyənləşdirilmiş həftəlik məcburi dərs yükü 28 saat, dərsdənkənar məşğələlərin sayı 4 saat olduğu halda, 2013-2014-cü tədris ilindən kurikulumun həmin siniflər üzrə tətbiqi ilə əlaqədar məcburi dərs yükü 29, dərsdənklənar saatların sayı 3 olacaq.
Orta məktəblərin VII və VIII siniflərində məcburi dərs yükünün miqdarı dəyişdirilməyib, yalnız dərsdənkənar saatların sayı 1 saat azaldılıb. 2014-2015-ci ildən VII siniflərdə məcburi dərs yükü 31 saat, dərsdənkənar saatların miqdarı 3 saat (hazırda müvafiq olaraq 31 və 4), VIII siniflərdə məcburi dərs yükü 32 saat, dərsdənkənar saatların miqdarı 3 saat (hazırda 32 və 4) olacaq. Azərbaycan bölməsinin IX sinfində məcburi dərs yükünün miqdarı bir qədər azaldılıb. Kurikulum tətbiq olunduqda bu siniflər üzrə hazırda 34 saat olan məcburi dərs yükü 32 saata enəcək, dərsdənkənar saatların miqdarı isə bir saat artırılaraq 3 saat olacaq.
Orta məktəblərin X və XI siniflərində də məcburi dərs yükü azalacaq. 10-cu siniflərdə məcburi dərs yükü 33 saat, dərsdənkənar saatların miqdarı 4 saat (hazırda 35 və 1), 11-ci siniflərdə məcburi dərs yükü 33 saat, dərsdənkənar saatların miqdarı isə 4 saat (hazırda 37 və 1) olacaq.
Orta məktəblərin rus bölmələrinin V sinif şagirdləri üçün məcburi dərs yükü bu tədris ilindən 27 saat, dərsdənkənar saatların miqdarı 3 olub. Bu tədris ilinədək isə rus bölmələrində V sinif şagirdlərinin həftəlik məcburi dərs yükü 29, dərsdənkənar saatların miqdarı isə 4 saat olub. Gələn tədris ilindən VI siniflərdə məcburi dərs yükü 31 saat, dərsdənkənar saatların miqdarı 3 saat olacaq (hazırda 33 və 4 saat).
VII siniflərdə məcburi dərs yükü 33 saat, dərsdənkənar saatların miqdarı 3 (hazırda 34 və 4 saat), VIII siniflərdə məcburi dərs yükü 34 saat, dərsdənkənar saatların miqdarı 3 (hazırda 34 və 4 saat), IX siniflərdə məcburi dərs yükü 34 saat, dərsdənkənar saatların miqdarı 3 (hazırda 36 və 2 saat), X siniflərdə məcburi dərs yükü 35 saat, dərsdənkənar saatların miqdarı 4 (hazırda 37 və 1 saat), XI siniflərdə məcburi dərs yükü 35 saat, dərsdənkənar saatların miqdarı isə 4 (hazırda 39 və 1 saat) saat olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1121