Muəllif:

«Ded» əsgərə 3 il iş oxundu

Müdafiə Nazirliyinə aid N saylı hərbi hissənin əsgəri Səddam Nəzərli 30 noyabr 2011-ci il tarixdə xidmət etdiyi batareyanın kəşfiyyat taqımının əsgəri Şəhriyar Əkbərova çəkələyini gətirməsini deyib. Bu zaman Şəhriyar onun çəkələyini gətirməkdən imtina edib.
Şəhriyarın hərəkətlərindən əsəbiləşən Səddam Nəzərli onun boynunun arxasına iki sillə zərbəsi vurub. Bununla da əsgər yoldaşına qarşı zor tətbiq etməklə tabelik münasibətində olmayan hərbi qulluqnçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub.
Bundan başqa, Səddam Nəzərli 22 yanvar 2012-ci il tarixdə Şəhriyar Əkbərov ilə birlikdə xidmət etdikləri batareyanın gün növbətçisi olublar. Bu zaman Şəhriyar corablarını dəyişdiyindən növbəni gec təhvil almasına görə, Səddamla münasibətləri gərginləşib. Bu zaman Səddam Nəzərli Şəhriyarın bel nahiyəsinə bir təpik zərbəsi vurub.
Bundan əlavə istintaq materiallarında qeyd olunur ki, Səddam Nəzərli 2012-ci il yanvarın 26-da və fevralın 10-da da müəyyən səbəbləri bəhanə gətirərək, əsgər yoldaşı Şəhriyarı döyüb.
Ötən il fevralın 27-də xidmət etdiyi batareyanın gün növbətçisi vəzifəsində olarkən şəxsi heyətin nahar yeməyinə getməsi üçün «düzül» komandası verildikdə həmin batareyanın komendant taqımının əsgəri Arzuman Aslanzadə sıraya gec gəlib. Səddam Nəzərli buna görə Arzuman Aslanzadənin arxasınca əsgər yataqxanasına gedib. Bu zaman o, əsgər yataqxanasında Arzumana badalaq vuraraq yerə yıxıb və ardınca qarın nahiyəsinə üç təpik zərbəsi vurub. O, daha sonra Arzuman Aslanzadəyə qarşı zor tətbiq edib, ünvanına nalayiq söyüşlər söyərək, onun şərəf və ləyaqətini alçaldıb.
Daha sonra istintaq sənədlərində qeyd olunur ki, Səddam Nəzərli həmin il martın 5-də batareyanın dəhlizində hərəkət edərkən Şəhriyar Əkbərovu görüb. O, Şəhriyarın çiyin nahiyəsinə iki yumruq zərbəsi vurub.
Bundan başqa, martın 23-də, saat 07 radələrində səhər yerbəyerindən sonra hərbi hissənin batareyanın rabitə taqımının sürücüsü vəzifəsində xidmət edən əsgər İlkin Alnağıyev səhər namazını qıldıqdan sonra canamazı dolabçasına qoymaq istərkən təsadüfən Səddam Nəzərliyə toxunub. Bu zaman hər iki əsgərin araslında mübahisə yaranıb. Səddam mübahisə zamanı İlkini döyüb.
Bu cinayət işi Gəncə Hərbi Məhkəməsində araşdırılıb. Hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Səddam Nəzərli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 218