Muəllif:

Boyu balaca olanların dərdi

Tibbdə buna nanizm (boy artımının ləngiməsi) deyilir. Bu da bir xəstəlikdir və müalicəsi də var. Lakin bu müalicə xərcləri hər ailənin cibinə görə deyildir. Nanizmdən əziyyət çəkən uşaqların valideynləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda mətbuat konfransı keçirərək problemi ictimailəşdirməyə çalışmışlar. Bu insanlar dövlətdən onlara dəstək gəlmədiyini bildiriblər.
Belə ki, valideynlər övladlarının müalicəsi üçün tələb olunan dərmanların, vaksinlərin xaricdən gətirldiyini və dövlətin boy artımının qarşısını alan hipofizar çatışmazlıq, şereşevski-terner sindiromlu uşaqların müalicəsinə maliyyə ayrılmadığını iddia ediblər. Məsələn, valideyn Dilbər Əhmədova övladının boy artımının ləngiməsinin qarşısını almaq üçün müvafiq dərmanın çox baha olduğunu və buna imkanı çatmadığını deyib.
Onun sözlərinə görə, boyartımına kömək edən iynənin qiyməti 397 manatdır və onun bir qutusu 15 gün müddətinə vurulmalıdır. «Mən bu dərmanın əsirinə çevrilmişəm», — deyir Dilbər Əhmədova. Olan-qalanını yığıb bu dərmanı əldə etmək üçün İrana gedir. Dilbər Əhmədova xatırladır ki, qonşu Gürcüstanda, Ermənistanda, Rusiyada bu kimi dərmanların pulsuz paylanırmış…
Digər valideyn — Məryəm Abdullayeva nəvəsinin də eyni xəstəlikdən əziyyət çəkdiyini deyir. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinə, Heydər Əliyev Fonduna 4 dəfə müraciət etməsinə baxmayaraq, heç bir nəticə olmadığını bildirib.
Nanizmdən əziyyət çəkən 18 yaşlı Mirzəyev Mirəli boyundan utanaraq, məktəbə 10 yaşında getdiyini deyib.
Nanizm (nanismus — yunanca nanos-cırtdan; sinonimi: dvarfizm, cırtdanlıq, nanosomiya, mikrosomiya) — anormal qısaboyluluqla (kişilərdə 130 sm-dan, qadınlarda 120 sm-dan az) səciyyələnən patoloji vəziyyətdir. Nanizm genetik səbəbli boy artımı pozuntularının, habelə, daxili və xarici orqanların bir sıra xəstəlikləri zamanı boy artımının pozulmasının təzahürü və simptomlarından biridir. Hipofizar nanizmin ən çox rast gəlinən səbəblərindən biri genetik pozuntulardır. Genetik nanizm formasından başqa, baş beyinin anadangəlmə və sonradan zədələnməsi nəticəsində boyun mərkəzi tənzimlənməsinin pozulması ilə bağlı serebral nanizm və embrional inkişafın pozuntusu ilə şərtlənən primordial nanizm formaları var. Ailəvi qısaboyluluq və praktiki olaraq sağlam uşaqlarda boyatmanın ləngiməsinə fizioloji inkişaf variantı kimi baxılmalıdır, belə ki, onlar patologiya deyil və nanizm təzahürlərinə aid deyil.
Ölkənin baş pediatrı, Elmi-Tədqiqat Pedriatriya İnstitutunun direktoru Nəsib Quliyev məsələ ilə bağlı «Turan»a bildirb ki, Səhiyyə Nazirliyi 166 adda dərmanı pulsuz paylayır. Bu xəstəlikdən əziyyət çəkən uşaqların valideynləri aidiyyatı üzrə poliklinikaya müraciət edərək, nanizmə aid dərmanın oraya salınıb salınmadığını öyrənsinlər.
Onun sözlərinə görə, nanizm xəstəliyini dərman içməklə müalicə etmək mümkün deyil, yalnız nanizmin bəzi formalarının müalicəsinə dərman içməklə müəyyən mənada kömək etmək olar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 525