Muəllif:

100-ü aşırmış 838 vətəndaşımız var

Bu gün yaşı 100-dən yuxarı 838 vətəndaşımız var. Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq verilən xəbərdə bildirilib ki, yaşı 100-dən çox olanların böyük əksəriyyəti qadınlardır. Belə ki, yaşı 100-dən yuxarı olan 838 vətəndaşın 814-ü qadın, 24 nəfəri isə kişidir. Paytaxt Bakıda isə yaşı 100-dən yuxarı olanların sayı 56-dır. Paytaxtda yaşı yüzü keçənlərin arasında kişilər yoxdur. Abşeron iqtisadi rayonunda isə yaşı 100-dən çox olan 5 vətəndaş (hamısı qadın) yaşayır.

Bölgələr üzrə də vəziyyət fərqlidir. Yaşı 100-dən yuxarı olanların sayına görə birinci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu gəlir. Burada 258 nəfər 100-dən yuxarı yaşı olan vətəndaş yaşayır ki, onların 14-ü kişi, 244-ü isə qadındır. Gəncə-Qazax iqtisadi rayonunda 174 (hamısı qadın), Aran iqtisadi rayonunda 120 (hamısı qadın), Kəlbəcər-Laçın iqtisadi rayonunda 103 (3 kişi, 100 qadın), Naxçıvan iqtisadi rayonunda isə 48 (7 kişi, 41 qadın), Dağlıq Şirvan iqtisadi rayonunda 33 (hamısı qadın), Lənkəran iqtisadi rayonunda 25 (hamısı qadın), Quba-Xaçmaz iqtisadi rayonunda 11 (hamısı qadın), Şəki-Zaqatala iqtisadi rayonunda 5 (hamısı qadın) vətəndaş bu həddi keşmişdir.

Ayrı-ayrı rayonlar üzrə göstəricilər də müxtəlifdir. Belə ki, Tovuzda 65 (hamısı qadın), Ağdamda 58 (1 kişi, 57 qadın), Xankəndidə 55 (1 kişi, 54 qadın), Kəlbəcərdə 53 (1 kişi, 52 qadın), Tərtərdə 52 (hamısı qadın), Gədəbəydə 50 (hamısı qadın), Xocavənddə 39 (hamısı qadın), Şuşada 34 (7 kişi, 27 qadın), Laçında 33 (1 kişi, 32 qadın), Şəmkirdə 27 (hamısı qadın), Sabirabadda 22 (hamısı qadın), Hacıqabulda 15 (hamısı qadın), Babəkdə 14 (3 kişi, 11 qadın), Goranboyda 13 (hamısı qadın), Biləsuvarda 13 (hamısı qadın), Ağsuda 12 (hamısı qadın), Qazaxda 12 (hamısı qadın) vətəndaşın yaşı 100-ü ötüb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123