“Azad dünyanın düşünməyə xərclədiyi vaxtı terrorçu ölkə qətllər törətmək üçün istifadə edir”
Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumundakı videoformatda çıxışında Ukraynaya müttəfiq ölkələrə səslənib. AYNA xarici mediaya istinadən bildirir ki, Zelenski müttəfiqlərini tərəddüdlərdən çəkinməyə və Kiyevi qısa müddətdə zəruri silahlarla və hava müdafiə sistemləri ilə təmin etməyə çağırıb.
“Azad dünyanın düşünməyə xərclədiyi vaxtı terrorçu ölkə qətllər törətmək üçün istifadə edir”, - Zelenski vurğulayıb.
Ukrayna lideri bildirib ki, dünya artıq nə indi, nə də gələcəkdə tərəddüd etməlidir: “Dünyanın səfərbərliyi bizim ümumi düşmənimizin səfərbərliyindən qat-qat artıq olmalıdır. Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin edərək Rusiyanın növbəti raket hücumlarında önə keçməliyik. Qərb tanklarının Ukraynaya verilməsi Rusiya tanklarnın növbəti işğalını geridə qoymalıdır”.