Ukrayna Prezidenti Türk xalqının dərdinə şərik olduqlarını söyləyib
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdəki Türkiyə səfirliyinə gələrək matəm kitabını imzalayıb.
AYNA xəbər verir ki, bu barədə Prezident Zelenskinin "Facebook" hesabında paylaşım edilib.
"Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olanların xatirəsini ehtiramla anırıq. Bir anda bu qədər insanın həyatına son qoyan dəhşətli faciə bizim ürəyimizdə dərin ağrılar yaratdı. Türk xalqının dərdinə şərikik və bu çətin zamanda yardım edirik. Mərhumların xatirəsi əbədidir. Yaralıların tezliklə şəfa tapmasını diləyirik".
