“Donbassda vəziyyət çox ağır və çətindir”
“Donbassdakı vəziyyət çox ağır və çətindir”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.
Ukrayna lideri Donbassda şiddətli döyüşlər getdiyini qeyd edib: “İşğalçı Rusiya ordusunun hücumları cəbhə xəttində davam edir”.
Bundan əvvəl Ukrayna Prezidenti ölkənin Silahlı Qüvvələrinin Artemovsk şəhərini təslim etməyəcəyini bildirmişdi.