Zelenski İsveçrəyə səfər edib

Dünya

21.01.2025 - 21:57

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna lideri Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrəyə səfər edib. AYNA Ukrayna mediasına istinadən bildirir ki, Zelenskinin Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edəcək.

Prezidentin mətbuat katibi Sergey Nikiforov deyib ki, Zelenski çıxışından əvvəl Almaniya kansleri Olaf Şolts ilə danışıqlar aparacaq.

Qeyd edək ki, dünən açılan və dörd gün davam edəcək forumun əsas mövzusu “İntellektual əsr üçün əməkdaşlıq”dır. Müzakirələrdə geoiqtisadi qeyri-müəyyənlik, artımın yenidən düşünülməsi, süni intellektin rolu və planetin qorunması mövzuları müzakirə olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş