Zelenski iftar süfrəsi açdı - FOTOLAR

Dünya

26.03.2024 - 14:45

Krım tatarlarının lideri Mustafa Cəmilovun da iştirak etdiyi iftara Ukraynanın siyasi və hərbi elita nümayəndələri də qatılıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada yaşayan müsəlman icma nümayəndələrinin, hərbçilərinin və diplomatik korpus işçilərinin də iştirak etdiyi məclisdə iftar süfrəsi verib.  Bu barədə AYNA-ya Ukraynada fəaliyyət göstərən azərbaycanlı jurnalist İdrak Camalbəyli deyib.

Tədbirin əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Volodimir Zelenski döyüşdə fərqlənən hərbçiləri təltif edib.

Krım tatarlarının lideri Mustafa Cəmilovun da iştirak etdiyi iftara Ukraynanın siyasi və hərbi elita nümayəndələri də qatılıb.

Həmçinin Ukraynanın azadlığı və suverenliyi uğrunda döyüşən azərbaycanlılar - Seymur Əliyev, Təyyar Bəşirzadə, Aslan Velayev və s. hərbçilər Prezident Volodimir Zelenskinin təşkil etdiyi iftara dəvətlilər sırasında olublar.

Azərbaycanlı hərbçilərin məclisdə iştirak etməsində Azərbaycan diasporunun fəal üzvü Yalçın Qəhrəmanoğlu və Krım tatarlarının liderinin köməkçisi, azərbaycanlı Elşən Cəfərli və jurnalist İdrak Camalbəyli yaxından iştirak edib.

Qeyd edək ki, Ukrayna Prezidenti artıq ikinci ildir ki, iftar məclisində iştirak edir.

Zelenski iftar süfrəsi açdı - Zelenski iftar süfrəsi açdı - Zelenski iftar süfrəsi açdı - Zelenski iftar süfrəsi açdı - Zelenski iftar süfrəsi açdı - Zelenski iftar süfrəsi açdı - Zelenski iftar süfrəsi açdı - Zelenski iftar süfrəsi açdı -
Müəllif: Ayna.az