Zelenski Fransanın “Fəxri legion” ordeni ilə təltif edilib

Dünya

09.02.2023 - 12:55

Ukrayna Prezidenti Fransanın ən ali mükafatını alıb

Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenskini Fransanın ən ali mükafatı - “Fəxri legion” ordeni ilə təltif edib.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Makron özünün “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşmək üçün fevralın 8-də Parisə gedib. Onun bu gün Avropa İttifaqının Brüsseldə keçirilən sammitində iştirak edəcəyi gözlənilir.

Müəllif: Ayna.az