Zelenski Baxmutdan danışdı: “Şəhərin itirilməsi kompromislər üçün təzyiqə səbəb ola bilər”

Dünya

29.03.2023 - 11:56

“Baxmut itirilərsə, Putin bundan öz maraqları üçün istifadə edəcək”

“Baxmutun müdafiəsi Ukrayna üçün hərbi və siyasi baxımdan vacibdir”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri bildirib ki, Baxmutun itirilməsi kompromislər tapmaq üçün təzyiqə səbəb ola bilər.

“Baxmut itirilərsə, Putin bundan öz maraqları üçün istifadə edəcək. Baxmut məğlubiyyətinin təzyiqi həm beynəlxalq ictimaiyyət tərəfindən, həm də Ukrayna daxilində sürətlə baş verəcək. Cəmiyyətimiz özünü yorğun hiss edəcək və məni güzəştə getməyə təhrik edəcək", - Zelenski vurğulayıb.

 

Müəllif: Ayna.az