Həmkarlar ittifaqları hökumətdən beynəlxalq kreditorların on il əvvəl tətbiq etdiyi qənaət tədbirlərinə son qoymağı tələb edirlər
Cümə axşamı Yunanıstanda Panhellenik Dəniz Federasiyasının çağırdığı tətil səbəbiylə bərə xidmətləri iflic olub. AYNA.AZ “Associated Press”ə istinadən xəbər verir ki, aprelin əvvəlindən ölkənin ən böyük həmkarlar ittifaqı Yunanıstanda qiymət artımına qarşı mübarizə çərçivəsində maaşların artırılması tələbi ilə tətil keçirir.
Həmkarlar ittifaqları hökumətdən beynəlxalq kreditorların on il əvvəl tətbiq etdiyi qənaət tədbirlərinə son qoymağı tələb edirlər.
"Biz işdən çıxarılan bütün işçilərlə müqavilələrin bərpası, "boz" iş sxemlərinin ləğvi və bütün kateqoriyalardan olan dəniz nəqliyyatı işçiləri üçün kollektiv əmək müqavilələrinin imzalanması üçün mübarizəmizi davam etdiririk", - federasiyanın tətillə bağlı bəyanatında deyilir.
Bundan əlavə, etirazçılar iş qrafikinin pozulmasına son qoymağa çağırır və dəniz nəqliyyatı işçilərinə tibbi xidmətin yaxşılaşdırılmasının vacibliyini təkid edirlər.
Onlara dəmiryolçular da qoşulub və Afinada iki əsas həmkarlar ittifaqının çağırışı ilə 1 May bayramı ilə əlaqədar nümayiş keçirilib. Aksiyada yeddi minə yaxın insan iştirak edib.