“Elektroenergetika haqqında” qanun layihəsi üçüncü oxunuşdan keçib
Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
AYNA xəbər verir ki, 8 fəsil, 42 maddədən ibarət qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, yeni qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” 1998-ci il 3 aprel tarixli qanun ləğv edilir.